Putinə sual göndərmək imkanları xaricdə yaşayanlar üçün də açıldı

Azərbaycan.media xəbər verir ki, artıq digər ölkələrin sakinləri də “İlin icmalı” proqramı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinə suallar ünvanlaya biləcəklər.

Bu barədə çağrı mərkəzini idarə edən “Rostelecom” şirkəti “TASS” agentliyinə məlumat verib. Bildirilib ki, çağrı mərkəzi sorğuları 4 dekabrdan qəbul etməyə başlayıb və bu proses 19 dekabradək davam edəcək.

Xaricdən edilən zənglər üçün +7 (499) 550-40-40 və +7 (495) 539-40-40 nömrələri ayrılıb. Eyni zamanda sualları xüsusi veb sayt vasitəsilə də göndərmək mümkündür.

Qeyd edək ki, ənənəvi “Vladimir Putinlə ilin icmalı” verilişi 19 dekabr, Moskva vaxtı ilə saat 12:00-da keçiriləcək.