Tramp: “Ukrayna münaqişəsinin həlli yaxın vaxtlarda mümkündür”

Azərbaycan.media xəbər verir ki, Ukrayna münaqişəsinin həlli yaxın perspektivdə mümkündür. Bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Con Kennedi İncəsənət Mərkəzində — 2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimində çıxışı zamanı bildirib.

“Mən səkkiz müharibəni dayandırmışam və doqquzuncu yaxınlaşır. Heç kim bunu etməyib”, – Tramp vurğulayıb.

Xatırladaq ki, Tramp dekabrın 4-də də Ukraynada münaqişənin həll olunacağına əmin olduğunu bəyan etmişdi.