Horovluya növbəti köç: Daha 18 ailə doğma yurda qayıtdı

Azərbaycan.media xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi həyata keçirilib.

Bu mərhələdə 18 ailə – 66 nəfər uzun illərdən sonra yenidən Horovluya çatıb və onlara yeni evlərinin açarları təqdim olunub.

Təqdimat mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, eləcə də ANAMA-nın mütəxəssisləri iştirak ediblər.

Doğma yurdlarına qayıdan sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər. Onlar həmçinin Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirərək şəhidlərə rəhmət, ailələrinə səbir diləyiblər.