Duşan Vlahoviç əməliyyatdan sonra reabilitasiyaya başlayır

Azərbaycan.media xəbər verir ki, “Yuventus”un hücumçusu Duşan Vlahoviç uğurla əməliyyat olunub. Klubun mətbuat xidmətindən bildirilib ki, 25 yaşlı futbolçu sabahdan reabilitasiyaya başlayacaq.

Futbolçunun meydana qayıdışının ilkin müddəti 3–5 ay olaraq qiymətləndirilir.

Qeyd edək ki, Vlahoviç A Seriyasının 13-cü turunda “Kalyari” ilə oyunda (2:1) sol ayağının əzələsini zədələmişdi.