Azərbaycan.media xəbər verir ki, politoloq Züriyə Qarayeva ABŞ Konqresinin Tramp administrasiyasına Venesuelaya qarşı hərbi güc tətbiqini Konqresin icazəsi olmadan qadağan edən qətnamə təqdim etməsini dəyərləndirib.
Hurriyyet.az-a açıqlamasında Z.Qarayeva bildirib ki, bu addım Vaşinqtonun daxili siyasi sistemində balansın dəyişdiyini göstərir və Trampın Maduroya qarşı sərt xəttini zəiflətməyi hədəfləyir. Lakin onun qeyri-ənənəvi xarici siyasət üslubu nəzərə alınaraq, prezidentin alternativ təzyiq mexanizmlərindən istifadə etməsi ehtimalı yüksəkdir. Politoloq qeyd edib ki, Tramp Venesuela neftinə daha sərt iqtisadi sanksiyalar tətbiq edə, regionda diplomatik təcrid yarada, müxalifətə maliyyə dəstəyini artır və yüksək rütbəli hərbçilərə fərdi sanksiyalar yönəldə bilər.
Z.Qarayevin fikrincə, həm ABŞ-Rusiya, həm də ABŞ-Venesuela xəttində paralel gedən proseslər göstərir ki, qlobal güclər açıq bəyanatlardan çox, pərdəarxası anlaşmalar və mərhələli təzyiq strategiyaları ilə yeni siyasi reallıq formalaşdırmağa çalışırlar.
