Azərbaycan.media xəbər verir ki, Prezident Vladimir Putinin Hindistana səfəri ərəfəsində Nyu Dehli Rusiyanın nüvə sualtı qayığını icarəyə götürmək barədə razılığa gəlib.
Tərəflər qiymət məsələsinə görə razılığa gələ bilmədikləri üçün danışıqlar təxminən on il davam edib.
Nəhayət, Hindistanın sualtı qayığı 10 il müddətinə 2 milyard dollara icarəyə götürməsi barədə razılaşma əldə olunub. Bu məbləğə müqavilə müddəti ərzində texniki dəstək də daxildir. Gəminin nüvə raketləri daşıma qabiliyyəti olsa da, müqaviləyə əsasən müharibədə istifadə olunmayacaq.
Məlumata görə, Hindistan sualtı nüvə donanmasını inkişaf etdirmək, dənizçilərini hazırlamaq və nüvə dəniz əməliyyatlarının təşkili sahəsində təcrübə qazanmaq üçün bu icarəyə ciddi ehtiyac duyur.
Oxundu: 17
