Vaşinqton razılaşmalarından sonra Ermənistana investisiya marağı artıb

Azərbaycan.media xəbər verir ki, 8 avqust Vaşinqton razılaşmalarından və TRIPP layihəsinin elanından sonra Ermənistan Respublikasına investisiya marağı nəzərəçarpacaq dərəcədə yüksəlib.

Hurriyyet.az-ın Ermənistan mediasına istinadən yaydığı məlumata görə, bunu Baş nazir Nikol Paşinyan bəyan edib.

Onun sözlərinə görə, hazırda TRIPP layihəsinin strateji çərçivələrinin dəqiqləşdirilməsi istiqamətində aktiv işlər görülür: “Hazırda sənədlər üzərində işləyirik və deyə bilərəm ki, yaxşı templə irəliləyirik. Qarşıya qoyduğumuz müddətlər daxilində TRIPP layihəsinin həyata keçirilməsinə nail olacağıq”, – Paşinyan bildirib.