Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi paytaxt sakini Nadir Zeynalovun “BMW” markalı avtomobillə Ələt-Astara avtomagistralında YPX Alayının stasionar postunda saxlanıldığını açıqlayıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan, N. Zeynalov tibbi müayinədən keçirilib. Müayinə nəticəsində onun narkotik vasitənin təsiri altında olduğu müəyyən olunub. Sürücü inzibati məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib ki, narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərə qarşı daha sərt tədbirlər görüləcək.
Oxundu: 15
