🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya nümayəndə heyəti ABŞ-nin sədrliyi ilə keçiriləcək G20 görüşündə iştirak edəcək

Azərbaycan.media xəbər verir ki, Rusiya nümayəndə heyəti dekabrın 15–16-da Vaşinqtonda baş tutacaq ABŞ sədrliyi ilə “Böyük İyirmilik” (G20) görüşündə iştirak edəcək.

Rusiya Federasiyasını XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev bildirib ki, ölkənin nümayəndə heyətinə Rusiya Prezident Administrasiyasının ekspert idarəsinin rəis müavini Svetlana Lukaş rəhbərlik edəcək.

Görüşdə G20 üzv ölkələrinin gündəlik məsələləri və qlobal iqtisadi, siyasi mövzular müzakirə olunacaq.