Konqo və Ruanda Ağ Evdə tarixi sülh sazişi imzalayır

Azərbaycan.media xəbər verir ki, bu gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Konqo Demokratik Respublikası və Ruanda arasında sülh sazişinin imzalanması gözlənilir.

Sazişə Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedi və Ruandanın Prezidenti Pol Kaqame imza atacaqlar. Ağ Ev açıqlamasında imzalanacaq sənədi “tarixi sülh və iqtisadi razılaşma” kimi dəyərləndirib.

Qeyd edək ki, cari ilin iyun ayında ABŞ-ın vasitəçiliyi ilə iki ölkənin xarici işlər nazirlikləri arasında ilkin sülh müqaviləsi imzalanmışdı.