Azərbaycan.media xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə” medalı ilə təltif olunub. Mükafat Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti, daxili xidmət general-polkovniki Aleksandr Çupriyan tərəfindən təqdim edilib.
Bildirilib ki, medal dekabrın 3-də Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI beynəlxalq konfransı çərçivəsində təqdim olunub.
