Azərbaycan.media xəbər verir ki, Geodeziya və Xoreoqrafiya Agentliyi tərəfindən Dünya geodeziya koordinat sistemi və G84 bazasında yeni topoqrafik xəritələrin hazırlanmasına start verilib. Bu barədə Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Azər Əliyev Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci iclasında çıxışı zamanı məlumat verib.
General-leytenant Azər Əliyevin sözlərinə görə, Azərbaycan rəqəmsal ordu konsepsiyası istiqamətində ciddi addımlar atır və bu prosesin əsas komponentlərindən biri rəqəmsal xəritələrin hazırlanmasıdır.
“Coğrafi informasiya sisteminin yaradılması günümüzün tələbidir. Bu coğrafi sistemlərin tətbiqi ilə yanaşı, TDT-də xəritəçilik sahəsində işlərin vahid çərçivədə birləşdirilməsi böyük əhəmiyyət daşıyır. Vahid standartlara malik xəritələrin istifadəsi danılmazdır və bu, təşkilatın ortaq mənafelərinə xidmət edən əsas istiqamətlərdən biridir”, – deyə general-leytenant vurğulayıb.
