Bu gün Binəqədinin bir hissəsində elektrik verilişində məhdudiyyət olacaq

Azərbaycan.media xəbər verir ki, bu gün Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində 6 kV-luq “Binəqədi-1” və “Binəqədi-2” hava xətlərində təmir-təftiş və naqillərin yenilənməsi işləri həyata keçiriləcək.

Görüləcək işlərlə əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Binəqədi kəndi ətrafındakı yeni yaşayış massivlərində, həmçinin 1-ci və 2-ci mədən adlanan yaşayış sahələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağı bildirilib.