Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 3-ü saat 09:00-a olan operativ məlumatına görə, ölkə ərazisinin bəzi bölgələrində yağıntılı hava şəraiti davam etməkdədir.
Bildirilir ki, dağlıq ərazilərdə – Kəlbəcər, Laçın, Şahdağ, Daşkəsən, Gədəbəy, Xınalıq (Quba), Qrız (Quba) və Lazada (Qusar) qar yağır.
Yağıntının miqdarı Qobustanda 14 mm, Şamaxıda 12 mm, Bakıda və Abşeron yarımadasında 5 mm, Şəkidə 4 mm, Xızı və Göyçayda 3 mm, Şabran və Qubada 2 mm, İsmayıllı, Goranboy, Şəmkir, Gəncə, Sarıbaş (Qax), Culfa, Astara, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Naftalan, Tərtər, İmişli, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə isə 1 mm təşkil edib.
Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin sürəti arabir 17 m/s-ə qədər güclənir.
Həmçinin Şamaxı, Xızı, Naxçıvan, Quba, Qusar, Yevlax, Göyçay və Lerikdə duman müşahidə olunub, nəticədə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
