İlon Mask ABŞ-ın növbəti prezidentinin Ceyms Vens olacağına inanır

Azərbaycan.media xəbər verir ki, məşhur iş adamı İlon Mask ABŞ-ın hazırkı vitse-prezidenti Ceyms Vensin ölkənin növbəti dövlət başçısı seçiləcəyinə inandığını bildirib.

Bu barədə ABŞ-ın “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Xatırladaq ki, İlon Mask Donald Trampın prezidentliyinin ilk dönəmində Hökumətin Səmərəliliyi Agentliyinə (DOGE) rəhbərlik edib və həmin illərdə hazırkı ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsində yer alıb.