🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanın yeni Təbriz baş konsulu təqdim olundu – Səfirlikdən açıqlama

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə, nazirliyin Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri və Avrasiya İdarəsinin baş direktoru Mənuçehr Muradi ilə görüş keçirib və ölkəmizin Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabovu onlara təqdim edib.

Görüş barədə informasiya səfirliyin sosial şəbəkə hesabında paylaşılıb. Bildirilib ki, keçirilən görüşlərdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İran XİN-in Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri ilə keçirilən ayrıca görüş zamanı isə baş konsul Taleh Zöhrabov konsul patentini ona təqdim edib.