Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarında mövcud sıxlıq barədə məlumat yayıb.
Hazırda Bakının bir sıra əsas küçə və prospektlərində nəqliyyatın intensivliyi yüksək olaraq qalır. Tıxac müşahidə olunan ərazilər bunlardır:
-
Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqaməti;
-
Tbilisi prospekti, “20 Yanvar” stansiyasından mərkəzə doğru;
-
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqaməti;
-
Yusif Səfərov küçəsi, mərkəz istiqaməti;
-
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
-
Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqaməti;
-
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqaməti;
-
Binəqədi şosesi, “Azadlıq prospekti” stansiyası istiqaməti;
-
Heydər Əliyev prospektinin əsas yol hissəsi, mərkəz istiqaməti;
-
Heydər Əliyev prospektinin köməkçi yolu, mərkəz istiqaməti;
-
Niyazi küçəsi, “Azneft” dairəsi istiqaməti;
-
Tbilisi prospekti, İzmir küçəsindən “20 Yanvar” stansiyasına doğru;
-
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsindən “20 Yanvar” istiqamətinə doğru;
-
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqaməti;
-
28 May küçəsi, Puşkin küçəsindən Rəşid Behbudov küçəsinə qədər;
-
Bakıxanov küçəsi, İnşaatçılar prospektindən “Dədə Qorqud” parkına doğru;
-
Xətai prospekti, Heydər Əliyev prospekti istiqaməti.
NİİM sürücülərə intensivliyin yüksək olduğu ərazilərdə alternativ yollardan istifadə etməyi tövsiyə edir.
