Almaniyada mitinq polislə toqquşmalara çevrilib: 20 min nəfər küçələrə çıxıb

Azərbaycan.media xəbər verir ki, Almaniyada müxalifət partiyası hesab edilən “Almaniya üçün Alternativ” (AfD) partiyasının yeni gənclər təşkilatının təsis qurultayının keçirildiyi Giessen şəhərində mitinq polislə toqquşmalara çevrilib.

Nümayişdə təxminən 20 min nəfər iştirak edib. Təxminən 1 500 nəfər Şlaxthofştrasse küçəsini bağlayaraq polisə daş atmağa başlayıb. Şəhər polisi etirazçıların hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı odlu silahlardan da istifadə etdiyini bildirib. Nəticədə 10–15 nəfər yüngül xəsarət alıb. Polis su şırnaqları, dəyənəklər və bibər qazından istifadə edərək cavab verib.

Məlumata görə, Bundestaqın üzvü Julian Şmidt etirazlar zamanı yaralanıb.

AfD partiyası Almaniyada müxalifət mövqeyindədir, ölkənin hərbiləşdirilməsinə qarşı çıxır və Rusiyaya qarşı sanksiyaların qaldırılmasını dəstəkləyir. Bundan əvvəl partiyanın lideri Alis Vaydel Almaniya kansleri Fridrix Merzi Kiyevə NATO-nun təhlükəsizlik zəmanətlərini dəstəklədiyinə görə tənqid etmişdi.