Azərbaycan.media xəbər verir ki, dünya şöhrətli britaniyalı dramaturq və rejissor Tom Stoppard 88 yaşında dünyasını dəyişib. Stoppard Britaniyadakı evində vəfat edib; ölüm səbəbi hələ açıqlanmayıb.
Stoppard “Arkadiya”, “Həqiqi şey”, “Utopiya sahili”, “Rozenkrans və Gildenştern ölüdür” və digər məşhur pyeslərin müəllifidir. O, həmçinin “Aşiqlər Şekspiri” filminin ssenarisini yazaraq bu işinə görə “Oskar” mükafatına layiq görülüb.
1997-ci ildə Stoppard rəsmi olaraq “cəngavər” adına layiq görülüb. Bundan əlavə, Oksford ingilis dili lüğətinə onun şərəfinə “stoppardian” sifəti əlavə olunub.
Oxundu: 12
