Azərbaycan.media xəbər verir ki, noyabrın 30-da ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir, bəzi yerlərdə çiskin müşahidə oluna bilər.
Milli Hidrometeorologiya Xidmətinin Publika.az-a məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq. Günün birinci yarısında bəzi ərazilərdə çiskinli yağış ehtimalı var. Gecə və səhər saatlarında duman gözlənilir. Cənub-şərq küləyi hakim olacaq.
Paytaxt və yarımadada temperaturun gecə 9–12, gündüz isə 14–17 dərəcə isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 80–85 %, gündüz 70–75 % təşkil edəcək.
Regionlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, şərq küləyi əsəcək.
Rayonlarda temperatur gecə 4–9, gündüz 13–16 dərəcə isti, dağlıq ərazilərdə gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz isə 5–10 dərəcə isti olacaq.
