Azərbaycan.media xəbər verir ki, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Hurriyyet.az-ın məlumatına görə, Mirəli Yolçu oğlu Abbasovun idarə etdiyi “Toyota Prado” markalı avtomobil işıqforun yaşıl işığından keçərkən sola manevr edib və 2003-cü il təvəllüdlü Ələsgər Elxan oğlu Ələsgərovun idarə etdiyi VAZ-2107 ilə toqquşub. Nəticədə Ə.Ələsgərov hadisə yerində ölüb.
Sərnişinlər – 2003-cü il təvəllüdlü Sevinc Şükür qızı Rəsulova və 2006-cı il təvəllüdlü Nəzrin Şükür qızı Rəsulova, eləcə də digər sürücü M.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq davam edir.
