Göygöldə “BMW” markalı avtomobilin mühərrik hissəsi alovlanıb

Azərbaycan.media xəbər verir ki, Göygöl şəhərində “BMW” markalı minik avtomobilində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, alov avtomobilin mühərrik hissəsini əhatə edib. Hadisə yerinə cəlb olunan yanğından mühafizə qüvvələri səbəbindən nəqliyyat vasitəsinin digər hissələri yanğından qorunub.

Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən qısa zamanda söndürülüb.