Dövlət Kamera Orkestrinə yeni rəhbər təyinatı – Əyyub Quliyev vəzifəyə gətirildi

Azərbaycan.media xəbər verir ki, Dövlət Kamera Orkestri kollektivdə yeni təyinatla bağlı məlumat yayıb.

Bildirilib ki, orkestrin rəhbərliyi vəzifəsinə Əməkdar artist, tanınmış dirijor Əyyub Quliyev təyin olunub. O, xəbəri APA-ya özü də təsdiqləyib.

Xatırladaq ki, 1984-cü ildə anadan olan Əyyub Quliyev hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının Xor Dirijorluğu kafedrasının baş müəllimi, həmçinin Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijorudur. O, 2017-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.