Azərbaycan.media xəbər verir ki, Rusiyanın Stavropol diyarında yaşayan bir qadın sosial şəbəkələrdə öz etnik kökü barədə etiraf edib.
Qadın bildirib ki, erməni kilsəsində xaç suyuna çəkilsə də, uşaqlıqdan türk dilində nağıllar eşidib:
“Mən erməniyəm, Stavropolun balaca bir kəndindənəm və bu kənddə yaşayan ermənilər hansısa türk dilində danışırlar. Mən tərəf seçməyə məcbur deyiləm. Mənim identikliyim kompleksli ola bilər. Guya biz türkdilli xalqların arasında yaşamışıq, onlar da bizə bu dili məcburi yeridiblər və biz erməni dilini unudmuşuq. Amma Rusiyada istəsəydik, erməni dilinə qayıda bilərdik. Mən özüm linqvistəm, ingilis və Çin dilini öyrənmişəm, amma erməni dilini öyrənə bilmirəm. O zaman mən necə erməni oluram?”
Məlumata görə, islamı qəbul etməyən alban tayfalarının bəziləri sonradan kilsələrin haylara verilməsi ilə erməniləşməyə məruz qalıblar.
