🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda 11 yaşlı qız itkin düşüb

Azərbaycan.media xəbər verir ki, Bakıda yeniyetmə qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. “Qafqazinfo”nun məlumatına görə, hadisə noyabrın 26-da saat 21 radələrində Pirşağı qəsəbəsində baş verib.

2013-cü il təvəllüdlü M.Ağaəliyeva yaşadığı nömrəsiz evi tərk edib və geri qayıtmayıb. Onun yaxınları yeniyetmənin fotosunu polisə təqdim ediblər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsində araşdırma aparılır.