Azərbaycan.media xəbər verir ki, aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində gənc müğənnilərə müraciət edərək onlardan narazılığını bildirib.
Aparıcı proqramına çoxsaylı mühafizəçilərlə gələn ifaçıların davranışını tənqid edib:
“Əziz gənc ifaçılarımız, sizi çox sevirik, amma qollarınız ‘qarpızlanmasın’. Verilişimə qonaq gələndə özünüzlə 10 mühafizəçi gətirirsiniz. Xalq artisti Niyaməddin Musayev isə özü gedib-gəlir. Allah onu mühafizə edir, insanlar onu belə sevir. Sizin bu şəkildə gəlib-getməyinizlə nə dəyişir ki? Verilişlərə, konsertlərə elə gəlirlər. Niyaməddin müəllim konsert verib, amma bir təhlükəsizlik əməkdaşı görmədim ki, kimisə itələsin. Hamımız iç-içəyik, insanıq”.
Aparıcının fikirləri sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
