Azərbaycan.media xəbər verir ki, paytaxtın Yasamal rayonunda Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən yaşayış evlərinin sökülməsinə start veriləcək.
Layihə Təzəpir məscidi ətrafında aparılan genişmiqyaslı söküntü işləri yekunlaşdıqdan sonra icra olunacaq. Ərazi üzrə ilkin qiymətləndirmə və texniki hesablama işləri artıq tamamlanıb.
Sakinlərə kvadratmetr üçün 2700 manat kompensasiya təklif olunub. Fərdi danışıqlar aparılıb və köçməyə razılıq verən vətəndaşlarla müqavilələrin bağlanmasına başlanılıb.
Söküntü planı Nizami metrosu istiqamətində yerləşən tikililəri əhatə edir və bölgədə mövcud olan sıxlıq, infrastruktursuzluq və təhlükəsizlik problemlərinin aradan qaldırılmasını hədəfləyir. Layihədən sonra həmin ərazidə yeni binaların tikilməsi nəzərdə tutulmayıb.
Qeyd edək ki, bundan əvvəl Nərimanov rayonunda Dərnəgül bazarının arxasında və Nizami rayonu Qara Qarayev prospekti 36A ünvanında bir neçə istismar müddətini başa vurmuş yaşayış binasının söküntüsü həyata keçirilmişdi.
