Azərbaycan.media xəbər verir ki, ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff ilə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov və Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev arasında baş tutan telefon danışığının stenoqramı yayılıb.
Hər iki tərəf yayılan məlumatlara münasibət bildirib.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Uitkoff və Uşakov arasındakı söhbətin “Bloomberg” agentliyində yayımlanmış stenoqramı ilə tanış deyil. O, Vaşinqton və Moskva arasındakı danışıqları isə “adi” və “standart” adlandırıb.
Rusiya tərəfdən Kirill Dmitriyev isə Uşakov və Uitkoffun iştirakı ilə baş tutan telefon danışığının detallarının sızdırılması xəbərini təkzib edib və “X” sosial şəbəkəsində paylaşım edərək bunu “Feyk” adlandırıb.
