Azərbaycan.media xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov dekabrın 5-də Bərdə şəhərində Bərdə, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdam və Tərtər rayonlarının sakinləri ilə görüşəcək.
Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, vətəndaşlar 4 dekabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Bərdə Regional Ədliyyə İdarəsinə müraciət etməklə qəbula yazıla bilərlər. Ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 110. Əlaqə telefonu: +994 12-510-10-01 (daxili: 17020, dəftərxana: 17030).
Bundan əlavə, Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili: 10941) nömrəli telefonu, qebul@justice.gov.az e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi saytının “Elektron xidmətlər” bölməsindəki “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də müraciət mümkündür.
Qəbulda iştirak edəcək şəxslərdən əvvəlcədən qeydiyyatdan keçmələri və şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri xahiş olunur.
Qəbula yazılan vətəndaşlara qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
