Azərbaycan.media xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan əlverişli şərait yarandığı təqdirdə Bakıya yollanmağa hazır olduğunu bildirib. O, bunu jurnalistlərə açıqlamasında deyib.
Simonyan həmçinin azərbaycanlı həmkarı, Milli Məclisin sədri Sahibə Qafarovanı İrəvana dəvət etməyə hazırlaşdığını vurğulayıb.
