Kəlbəcərdə ilk dəfə Şəhər Günü qeyd edilir

Azərbaycan.media xəbər verir ki, bu gün Kəlbəcərdə Mədəniyyət Nazirliyi və Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə ilk dəfə Şəhər Günü keçirilir.

Mədəniyyət Nazirliyinin məlumatına görə, tədbir çərçivəsində tamaşa nümayişləri, sərgilər, təsviri sənətlə bağlı ustad dərsləri, geniş konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.

Qeyd edək ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində hərbi və siyasi sahələrdə əldə olunan qələbələr nəticəsində 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu işğaldan azad edilib. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.