Azərbaycan.media xəbər verir ki, “Ferrari” komandasının sürücüsü Lyuis Hemilton Cankarlo Fişellinin 16 il əvvəl qeydə aldığı arzuolunmaz göstəricini yenidən təkrarlayıb. Belə ki, britaniyalı pilot 2009-cu ildən bəri sıralanma turunu sonuncu yerdə tamamlayan ilk “Ferrari” sürücüsü olub.
Las-Veqasda keçirilən təsnifat mərhələsində Hemilton liderdən 9 saniyədən çox geri qalıb. Sessiyanın qalibi isə Lando Norris olub.
Qeyd edək ki, Formula 1 tarixində üçüncü dəfə təşkil olunan Las-Veqas Qran Prisinin əsas yarışı sabah, noyabrın 23-də baş tutacaq. Start Bakı vaxtı ilə saat 07:00-da veriləcək.
Oxundu: 20
