Azərbaycan.media xəbər verir ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər həyatını itirib.
Həlak olanlardan biri – 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı (Könül Vəlibəyli) Bakı Milli Geyim Evinin rəhbəri olub. Bu barədə mərhumun yaxınları məlumat veriblər.
Könül Hümbətovanın qızı Ləmanın da yanğın zamanı kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilib. Onun vəziyyətinin ağır olduğu qeyd edilir.
Oxundu: 37
