🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yasamalda yaşayış binasındakı yanğında ölənlərin kimliyi açıqlanıb

Azərbaycan.media xəbər verir ki, Bakı şəhəri Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirən üç nəfərdən ikisinin şəxsiyyəti müəyyənləşdirilib.

Məlumata görə, vəfat edənlər 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı və 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğludur. Hadisə nəticəsində həlak olan digər şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Təcili tibbi yardım briqadaları tərəfindən ümumilikdə 15 nəfərə ilkin tibbi yardım göstərilib və onlar tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. Ümumi hospitalizasiya olunanların sayı 20 nəfərdir və zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.