🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gümrü meri Vardan Qukasyanın oğlu həbs edildi

Azərbaycan.media xəbər verir ki, Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan saxlanılıb.

Ermənistanın Telegram kanallarının yaydığı məlumata görə, Spartak Qukasyan əvvəlcə Şirak vilayəti üzrə istintaq şöbəsinə çağırılıb. Lakin şöbəyə yaxınlaşdığı anda maskalı hüquq-mühafizə əməkdaşları tərəfindən əhatəyə alınaraq naməlum istiqamətə aparılıb.

Hadisə ilə bağlı əlavə detalların yaxın saatlarda açıqlanacağı gözlənilir.