🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq

Azərbaycan.media xəbər verir ki, Bakının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilələr gözlənilir.

Modern.az-ın məlumatına görə, “Azəriqaz” İB bildirir ki, Nizami rayonu, B.Çobanzadə və R.Rüstəmov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunan sızmanın aradan qaldırılması, Binəqədi rayonu, 8-ci Mikrorayon, S.Bəhlulzadə küçəsində isə qaz xəttinin yerinin dəyişdirilməsi işləri aparılacaq. Bu səbəbdən qaz təchizatı bu gün saat 11:00-dan dayandırılacaq.

Fasilə Nizami rayonunun A.Manafov, B.Çobanzadə, K.Balakişiyev, Özbəkistan, Q.Qarayev, M.Abbasov, M.S.Ordubadi və Ə.Hacıyev küçələrində, Binəqədi rayonunun 8-ci Mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrində yaşayan istehlakçılara təsir edəcək.