Azərbaycan.media xəbər verir ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Əmircan qəsəbəsinin elektrik şəbəkəsində təmir və yenidənqurma işləri aparılacaq.
Publika.az-ın məlumatına görə, “Azərişıq” ASC bildirir ki, işlər 21 noyabr tarixində saat 10:00-dan 16:00-dək davam edəcək. Bu müddətdə Elxan Həsənov, Malik Mustafayev, Zülal Tağıyev və İlham Şükürov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.
Təmir və yenidənqurma işləri tamamlandıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.
