Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı davam edir. Noyabrın 19-da yola salınan növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, bu mərhələdə Xıdırlı kəndində 73 nəfərdən ibarət 15 ailəyə yeni mənzillərin açarları təqdim olunub.
Təqdimat mərasimində Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Prezidentin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Xıdırlıya qayıdan ailələr uzun illər respublikanın müxtəlif bölgələrində – əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
