Azərbaycan.media xəbər verir ki, bu proses mümkün deyil demək deyil, sadəcə çox ciddi və həssas iş tələb edir.
İsgəndəryan İrəvanın təklif etdiyi “Sülh qovşağı” və “Tramp yolu” (yaxud Zəngəzur dəhlizi) layihələrinin perspektivlərinə toxunub: erməni politoloq Aleksandr İsgəndəryan Cənubi Qafqazda müxtəlif layihələr vasitəsilə nəqliyyat əlaqələrinin açılmasının və regiondakı bütün iştirakçıların maraqlarının uzlaşdırılmasının asan olmadığını bildirib. Ekspert qeyd
“Əgər perspektivdən danışsaq, bunlar bir-birindən çox fərqli məsələlərdir. Nəhayət, baş verənlər son deyil, hələ başlanğıcdır. Vaşinqtonda imzalanan sənəd bir bəyannamədir, bu bəyannamə ilə Ermənistan və Azərbaycan kommunikasiya xətlərinin zəruri olduğunu qəbul edirlər”, – deyə İsgəndəryan vurğulayıb.
O, xüsusilə “Tramp yolu”nun həyata keçirilməsində siyasi və texniki çətinliklərin mövcud olduğunu, bu mövzuda Ermənistan və ABŞ arasında danışıqlar aparıldığını bildirib:
“Burada həm siyasi, həm də texniki maneələr var və bütün bunlar həll edilməlidir. Vəziyyət mürəkkəbdir: Araz çayının o biri tərəfində iranlı sərhədçilər, Ermənistan tərəfində rus və erməni sərhədçilər var, çox yaxınlıqda Avropa müşahidəçiləri yerləşir, sağ və solda azərbaycanlılar, bir qədər aralıda türklər. Həmçinin iranlılar Ermənistana yol çəkirlər, Qafan şəhərində İran konsulluğu, Gorusda Fransa konsulluğu var, Rusiya isə Qafanda konsulluq açmaq istəyir. İndi bunlara amerikalıları da əlavə edirik. Bütün bu maraqları – İran, ABŞ, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın maraqlarını – uzlaşdırmaq asan deyil. Bununla belə, bu mümkünsüz deyil, sadəcə çox ciddi iş tələb edir və hələ böyük yol qət edilməlidir”, – deyə o əlavə edib.
İsgəndəryan həmçinin prosesin uzunmüddətli və mürəkkəb olduğunu qeyd edərək dünyada buna bənzər nümunələr olduğunu xatırladıb:
“Mən həmişə Belarusla Rusiyanın Kalininqrad vilayətini birləşdirən yolu nümunə gətirirəm: o yol Litvanın ərazisindən keçir, halbuki Litva NATO və Avropa İttifaqının üzvüdür. Buna baxmayaraq, razılaşma var ki, Rusiya vətəndaşları Kalininqrada vizasız, hətta pasportsuz gedə bilirlər. Deməli, belə layihələr mümkündür, sadəcə çox həssas və diqqətli iş tələb edir”.
Qeyd edək ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılması planlaşdırılan Zəngəzur dəhlizi üçün də Kalininqrad modelinin tətbiqi gözlənilir.
