🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kiyevdə Azərbaycan abidələrinin mühafizəsinə başlanılıb

 

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi növbəti aviazərbədən sonra Kiyevdəki Azərbaycan abidələrinin mühafizəsi işlərinə start verib. Bu barədə “SOCAR Ukrayna” şirkətinin əməkdaşı Andrey Pomiluyko məlumat yayıb.

Pomiluyko bildirib ki, Kiyev şəhəri və Kiyev vilayətində bir sıra Azərbaycan abidələri mövcuddur. Onlar arasında Kiyevdə Heydər Əliyev parkındakı Heydər Əliyev abidəsi, İrpen şəhərindəki Dostluq parkındakı Zərifə Əliyeva abidəsi, həmçinin Kiyevdə Nəsimi, Səməd Vurğun və Müslüm Maqomayevin abidələri var. Hazırda bu monumentlər alova davamlı brezentlə örtülür və ətraflarına taxta karkas quraşdırılır. Abidələrin ön hissəsində isə onların konturlarını əks etdirən bannerlər yerləşdiriləcək.

Pomiluyko əlavə edib ki, işlərin növbəti həftə ərzində yekunlaşdırılması nəzərdə tutulub. Qoruyucu örtüklər Azərbaycan hökumətinin qərarı ilə Ukrayna-Rusiya müharibəsi başa çatdıqdan sonra çıxarılacaq.