Azərbaycan.media xəbər verir ki, avstraliyalı paravelosipedçi Peyci Greko 28 yaşında səhhətində qəfil yaranan problem nəticəsində vəfat edib. Bu barədə Avstraliya Paralimpiya Komitəsi və Avstraliya Velosiped Federasiyası birgə açıqlama yayıb.
Serebral iflic diaqnozu ilə C3 kateqoriyasında çıxış edən Qreko idman karyerası ərzində böyük nailiyyətlər qazanıb. O, dünya trek çempionatlarında 3 qızıl, 1 gümüş və 2 bürünc, dünya şosse çempionatlarında isə 1 qızıl və 3 bürünc medal əldə etmişdi.
Greko həmçinin Tokio-2020 Paralimpiya Oyunlarında C1–3 kateqoriyalı qadınların təqib yarışında qızıl medal qazanaraq ölkəsini təmsil edən ən uğurlu paralimpiya idmançılarından biri kimi yadda qalmışdı.
