Azərbaycan.media xəbər verir ki, Qəbələ rayonunda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə Nic qəsəbəsində yanğın barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində tövlədə baş verən yanğın daha geniş sahəyə yayılmadan söndürülüb. Hadisə zamanı ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyalarının 40 m²-si və damda yığılmış 14 ton ot bağlamasından 10 tonu yanıb.
Tövlənin və otun qalan hissəsi, eləcə də yaxınlıqdakı digər tikililər yanğından qorunub.
