Kreml: “Rusiyada NATO ilə qarşıdurmanın tərəfdarları yoxdur”

 

Azərbaycan.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Almaniya müdafiə naziri Boris Pistoriusun NATO ilə Rusiya arasında müharibənin 2028-ci ildə başlaya biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

Peskovun sözlərinə görə, Avropa paytaxtlarından getdikcə daha çox militarist və müharibə yönlü ritorika eşidilir:

“Rusiyada NATO ilə qarşıdurmanın tərəfdarları yoxdur. Lakin biz məcburuq ki, qanuni maraqlarımızı təmin etmək üçün tədbirlər görək. NATO ölkələrinin militarist ritorikasında fikir ayrılıqları var və bu cür açıqlamalar mövcud vəziyyəti ən yaxşı şəkildə əks etdirir”, – Kremlin nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, Almaniyanın müdafiə naziri Boris Pistorius NATO ilə Rusiya arasında müharibənin 2029-cu ilə qədər başlaya biləcəyini bildirib. Onun sözlərinə görə, əvvəllər silahlı münaqişənin 2029-cu ildə başlaya biləcəyi düşünülürdü, lakin bəzi hərbi ekspertlər bunun 2028-ci ildə gerçəkləşə biləcəyini hesab edir.