Azərbaycan.media xəbər verir ki, Liviyanın Milli Birlik Hökuməti noyabrın 6-da 2015-ci ildə Beyrutda həbs edilən mərhum lider Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin azadlığa buraxıldığını elan edib.
APA-nın məlumatına görə, bu barədə “Livan 24” xəbər portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, Livan hakimiyyəti Hannibal Qəddafini həbsdən azad edib və ona tətbiq edilən səfər qadağasını ləğv edib.
Bundan əlavə, Livan məhkəməsi Hənnibal Qəddafini əvvəl müəyyən edilmiş 11 milyon dollarlıq girovu ödəməkdən də azad edib.
Oxundu: 10
