🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp: “ABŞ, Rusiya və Çin nüvə silahlarının azaldılması barədə razılığa gələ bilər”

Tramp: “ABŞ, Rusiya və Çin nüvə silahlarının azaldılması barədə razılığa gələ bilər”

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin və ABŞ arasında nüvə silahlarının azaldılması istiqamətində razılaşmanın mümkünlüyünə inandığını bildirib.

O, bu fikri noyabrın 6-da Ağ Evdə Orta Asiya ölkələrinin beş respublikasının liderləri ilə görüş zamanı səsləndirib.

“Düşünürəm ki, nüvəsizləşdirmə mümkündür və bu, çox əla bir addım olardı. Mən bu barədə həm Rusiya Prezidenti Vladimir Putin, həm də Çin Prezidenti Si Cinpinlə danışmışam. Hər kəs bu qədər pulu nüvə silahlarına deyil, insanlara fayda verəcək layihələrə xərcləmək istəyir”, – Tramp vurğulayıb.