Azərbaycan.media xəbər verir ki, ABŞ-da hökumətin fəaliyyətinin qismən dayandırılması – şatdaun – davam edərsə, ölkənin Federal Aviasiya Administrasiyası (FAA) cümə günündən etibarən 40 hava limanında nəqliyyatın hərəkətini 10 faiz azaltmağı planlaşdırır.
Bu barədə ABŞ nəqliyyat katibi Şon Daffi Vaşinqtonda keçirilən konfransda məlumat verib.
Onun sözlərinə görə, belə bir addım hava limanlarında yaranan işçi çatışmazlığı ilə bağlıdır.
