Azərbaycan.media xəbər verir ki, Ermənistan mətbuatı Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçın başçılıq etdiyi nümayəndə heyətinin İrəvana səfəri zamanı xarici işlər nazirinin müavini Vahan Kostanyana hədiyyə təqdim etməsindən yazıb.
Məlumata görə, Serdar Kılıç Vahan Kostanyana bəzədilmiş gümüş boşqab hədiyyə edib.
Ermənistan KİV-i bildirir ki, Kostanyan hədiyyəni Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təqdim edib. Hədiyyənin dəyəri 101 228 dram qiymətləndirilir.
Qeyd olunub ki, məmurlar dəyəri 60 min dramdan çox olan hədiyyələri dövlətə və ya cəmiyyətə bağışlamalıdırlar.
