Azərbaycan.media xəbər verir ki, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Baxçalı Edirnədə həbsdə olan Səlahəddin Dəmirtaşın azadlığa buraxılması ilə bağlı suallara münasibət bildirib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Baxçalı hüquqi proseslərin artıq nəticə verdiyini və Dəmirtaşın azadlığa çıxmasının xeyirli nəticələr doğuracağını qeyd edib.
MHP lideri parlamentdə “terrordan azad Türkiyə prosesi” ilə əlaqədar yaradılan komissiyanın fəaliyyətinə də toxunub. O bildirib ki, komissiyanın İmralıya səfəri bu prosesi daha da sürətləndirə bilər.
Devlet Baxçalı partiyasının belə bir heyətə qoşulmağa hazır olduğunu da vurğulayıb.
Oxundu: 8
