🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Amazon” və “OpenAI” arasında 38 milyard dollarlıq əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan.media xəbər verir ki, “Amazon” korporasiyasına məxsus “Amazon Web Services” (AWS) bulud platforması ABŞ-nin “OpenAI” şirkəti ilə 38 milyard dollar dəyərində müqavilə bağlayıb.

“Amazon”un yaydığı məlumata görə, razılaşma çərçivəsində AWS “OpenAI”yə “Nvidia” çiplərinin əldə edilməsində və yüzminlərlə qabaqcıl qrafik prosessorun istifadəsində dəstək göstərəcək.

Bu əməkdaşlıq “OpenAI”yə “ChatGPT” çat-botunun fəaliyyətini və süni intellekt texnologiyalarını daha da təkmilləşdirməyə imkan yaradacaq.

Müqavilə yeddi il müddətinə imzalanıb və bu müddət ərzində ümumi dəyərinin daha da artacağı gözlənilir.