Azərbaycan.media xəbər verir ki, Kamçatka yarımadasında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsinin məlumatına görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən təxminən 168 kilometr məsafədə, 50,4 kilometr dərinlikdə yerləşib.
Hazırda dağıntı və tələfat barədə məlumat verilmir. Rəsmilər hadisə bölgəsində seysmik aktivliyin izlənildiyini bildiriblər.
